×
A
A
A
Sazlamalar

Xaçmazda zəhərlənmə hadisəsi baş verib

Bakı, 7 avqust, AZƏRTAC

Sirkə turşusundan zəhərlənmə səbəbilə 2 yaşlı Əli Mahmudzadə Xaçmaz rayonundan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeli tibbi müəssisəsi olan Kliniki Tibbi Mərkəzə gətirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xəstə ağız boşluğu, qida borusu, yuxarı tənəffüs yollarının, mədənin kimyəvi yanığı diaqnozu ilə Toksikologiya şöbəsinə qəbul olunub, daxil olarkən vəziyyəti hədsiz ağır olub. Dərhal xəstəyə ilkin tibbi yardımlar göstərilib, cərrahi əməliyyata ehtiyac yaranıb. Lakin şöbənin həkimləri Aynur Məmmədova, İnarə Ağabalayeva və tibb personalının səyi nəticəsində əməliyyatdan yayınmaq mümkün olub. Aparılan müalicələr nəticəsində xəstənin həyatı xilas edilib.
Bir aylıq müalicələrdən sonra 2 yaşlı uşaq tam sağlamlığına qovuşub və evə buraxılıb.

 

Səhiyyə 2023-08-07 10:46:00