Paytaxtda propan qaz balonlarının olduğu sexdə yanğın baş verib
Bakı, 5 avqust, AZƏRTAC
Bakı şəhərinin Suraxanı rayonunda sexin ərazisində ümumi sahəsi 50 kvadratmetr olan dəmir konstruksiyadan ibarət tikilinin taxta atmaları, bir ədəd plastikdən ibarət pəncərəsi və həcmi 1 kubmetr olan yanacaq çəninin içərisindəki yanacaq yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində hər birinin həcmi 50 litr olan 9 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO