×
A
A
A
Sazlamalar

Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın tam söndürülüb

Bakı, 4 avqust, AZƏRTAC

Paytaxtın Xətai rayonunun Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğınsöndürənlərin fədakarlığı və peşəkarlığı sayəsində yanğının ərazidəki yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft və qaz boru kəmərləri və yaşayış evlərinə keçməsinə, böyük fəsadların yaranmasına imkan verilməyib.

 

 

Hadisə 2023-08-04 17:46:00