×
A
A
A
Sazlamalar

Sumqayıtdakı şadlıq sarayında baş vermiş yanğın söndürülüb VİDEO

Bakı, 4 avqust, AZƏRTAC
Sumqayıt şəhərindəki “Green House” şadlıq sarayında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə 2023-08-04 16:55:00

Video