×
A
A
A
Sazlamalar

Xətai rayonunda yanğının genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər davam edir VİDEO

Bakı, 4 avqust, AZƏRTAC

Hazırda paytaxtın Xətai rayonunun Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Xidmətin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.
Yanğınla bağlı əlavə məlumat veriləcək.

Hadisə 2023-08-04 15:51:00

Video