×
A
A
A
Sazlamalar

Sumqayıt sakinindən heroin aşkar edilərək götürülüb

Bakı, 4 avqust, AZƏRTAC
Sumqayıt sakinindən heroin aşkar edilərək götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Əlövsət Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla onun Sumqayıt Telekommunikasiya Qovşağına məxsus 50 metr naqili oğurlaması da müəyyən olunub.
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakinləri 35 yaşlı Fizuli Qafarov və 34 yaşlı Rəşad Ağamalıyev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar olunaraq götürülüb.
Davam etdirilən tədbirlərlə Rəşad Ağamalıyevin idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı oradan əlavə olaraq 2 kiloqramdan artıq heroin götürülüb.
Hər iki fakt üzrə araşdırma aparılır.

Hadisə 2023-08-04 11:32:00