İlk dəfə gənc qan donorları arasında idman yarışı təşkil olunacaq
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 3-də Nərimanov Rayon İcra Hakimiyyətində “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin idarə heyətinin sədri Fuad Rəsulu və Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının Avrasiya və Azərbaycan nümayəndəliyinin, Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin prezidenti Elnur Şıxəliyevlə görüş keçirilib. Görüş zamanı rayon gəncləri arasında qan donorluğunun təbliğatının aparılmasında və gücləndirilməsində, həmçinin yaxın günlərdə ilk dəfə gənc qan donorları arasında keçiriləcək idman yarışının təşkilinə göstərilən böyük dəstəkdən bəhs olunub.
“Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, mərkəzin əsas məqsədi ölkəmizin müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda, Bakı və regionlarda bu sahədə aparılan işin daha da gücləndirilməsinə dəstək vermək, irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
Qeyd edək ki, qanvermə aksiyaları və təbliğat xarakterli tədbirlər Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil edilir.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar