×
A
A
A
Sazlamalar

Bərdədə evlərdən suyun çəkilərək kənarlaşdırılması işləri görülür VİDEO

Bakı, 3 avqust, AZƏRTAC
Ötən gün Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər, o cümlədən fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri Qaraqoyunlu kəndində subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərini həyata keçirirlər.

Hadisə 2023-08-03 17:47:00

Video