×
A
A
A
Sazlamalar

Dənizdə batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub

Bakı, 2 avqust, AZƏRTAC

Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil”, “Astara”, “Qızılqum” sularda xilasetmə məntəqəsinin ərazisində, “Şirvan”, “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Buzovna ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

Hadisə 2023-08-02 22:17:00