×
A
A
A
Sazlamalar

Bakıda dərinliyi 6 metr olan zirzəmiyə yıxılan uşaq xilas edilib VİDEO

Bakı, 2 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, X.Məmmədov küçəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2013-cü il təvəllüdlü uşağın onaltımərtəbəli yaşayış binasının dərinliyi təxminən 6 metr olan zirzəmisinə yıxılması səbəbindən müxtəlif bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər tərəfindən xüsusi avadanlıqların köməyilə həyata keçirilən operativ əməliyyat sayəsində azyaşlı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə 2023-08-02 21:39:00

Video