×
A
A
A
Sazlamalar

Bu il dövlət büdcəsinin yenidən baxılmış xərclərinin 36,6 milyard manat səviyyəsində olacağı proqnozlaşdırılır

Bakı, 2 avqust, AZƏRTAC
2023-cü il dövlət büdcəsinin yenidən baxılmış xərclərinin 36 milyard 624,8 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da ilkin proqnoz göstəriciyə nisbətən 9,8 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.
Qeyd olunan xərc artımının maliyyə təminatı olaraq 2023-cü il dövlət büdcəsinin gəlirləri 3 milyard 116,5 milyon manat (o cümlədən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 457,7 milyon manat), kəsiri isə 155 milyon manat artırılmışdır. Bununla yanaşı, dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yerdəyişməsi hesabına büdcə xərcləri daxilində 1 milyard 122,9 milyon manat məbləğində əlavə maliyyə təminatı yaradılıb. Bütövlükdə yaradılmış 4,4 milyard manat məbləğində maliyyə resurslarının 2 milyard 260 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5 milyard 260 milyon manata çatdırılması nəzərdə tutulub.
Digər prioritet xərc istiqaməti olan ölkəmizin müdafiə qabiliyyətinin daha da artırılması məqsədilə xüsusi müdafiə təyinatlı xərclər 2 milyard 70 milyon manatdan 3 milyard 70 milyon manata çatdırılıb.

Maliyyə 2023-08-02 16:51:00