×
A
A
A
Sazlamalar

İşğaldan azad edilmiş ərazilərdə vergiödəyicilərinə hansı vergi azadolmaları tətbiq edilir?

Bakı, 2 avqust, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə hansı vergi azadolmaları tətbiq edilir?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergiödəyicilərinə şamil olunur.
Həmçinin topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə tətbiq edilir. Bu cür əməliyyatlar Qarabağdan kənarda olan şəxslərlə aparıldıqda və ya ixrac edildikdə vergi azadolmaları tətbiq olunmur.
Eyni zamanda, turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması sözügedən ərazilərdə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergiödəyicilərinə şamil edilir.

Maliyyə 2023-08-02 15:53:00