Nərimanov rayonunda Kazım Kazımzadə küçəsi əsaslı təmir edilib VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində 711 metr uzunluğa malik Kazım Kazımzadə küçəsində aparılan təmir işləri yekunlaşıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ortalama eni 13 metr olan və yol infrastrukturu baxımından rayonun ən işlək küçələrindən hesab olunan Kazım Kazımzadə küçəsində aparılan təmir çərçivəsində mövcud piyada səkiləri 2390 kvadratmetr sahədə bərpa olunub, 1147 poqonometr yeni bordür daşları düzülüb. Daha sonra küçə boyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, son mərhələdə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə istifadəyə verilib.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb