×
A
A
A
Sazlamalar

Sabirabadda üç nəfəri elektrik cərəyanı vurub

Bakı, 31 iyul, AZƏRTAC
Sabirabadda 16 yaşlı oğlanı və 12 yaşlı əkiz qardaşları cərəyan vuraraq öldürüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 31-də saat 11:30 radələrində Sabirabad rayonunun Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2023-07-31 12:38:00