×
A
A
A
Sazlamalar

Masazır qəsəbəsində restorandan oğurluq edilib

Bakı, 31 iyul, AZƏRTAC
İyulun 23-nə keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki restoranların birindən 1700 manat dəyərində televizor, 6 ədəd pult və digər məhsulların oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Əvəz Məmmədov saxlanılıb.
Araşdırmalarla onun həmin gün digər bir restorandan 520 manat dəyərində oğurluq etməsi də müəyyənləşdirilib.

 

 

Hadisə 2023-07-31 11:55:00