×
A
A
A
Sazlamalar

Yeni Ramanada 1 nəfər kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb, 2 nəfər yaralanıb

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 29-də saat 23 radələrində Suraxanı rayonu Yeni Ramana qəsəbəsində evlərin birində 1997-ci il təvəllüdlü Qənbərov Bəkir Qanbay oğulunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, 1997-ci il təvəllüdlü Quluzadə İmamverdi və 1987-ci il təvəllüdlü Əhmədov Şahininin xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin məlumata görə cinayət hadisəsi həmin şəxslər arasında şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.

Hadisə 2023-07-30 07:51:00