×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 493, № 10, maddə 968; 2006, № 7, maddə 588, № 9, maddə 743; 2007, № 5, maddə 459; 2009, № 4, maddə 233; 2010, № 2, maddə 80, № 7, maddə 620; 2012, № 12, maddə 1291; 2013, № 3, maddə 292; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 11, maddə 1414; 2015, № 8, maddə 957; 2016, № 5, maddə 861, № 9, maddə 1518; 2017, № 11, maddə 2124; 2018, № 8, maddələr 1677, 1715; 2019, № 2, maddə 294; 2020, № 2, maddə 123; 2022, № 12, maddə 1516; 2023, № 3, maddə 391) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Mədəniyyət nazirinin birinci” sözləri “mədəniyyət nazirinin” sözləri ilə əvəz edilsin;
1.2. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” sözləri “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Avropa İttifaqı tərəfinə bildiriş göndərsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyul 2023-cü il

Sərəncamlar 2023-07-28 12:12:00