×
A
A
A
Sazlamalar

Portuqaliyanın Braqança Texniki Universitetinin professorları “Xəzər”də

Bakı, 26 iyul, AZƏRTAC

“Erasmus+” İşçi Heyətinin Mübadilə Proqramı (KA171) çərçivəsində Portuqaliyanın Braqança Texniki Universitetinin professorları – Helder Qomeş, Antonio Fernandes, Yelena Dolid Xəzər Universitetində olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, proqramın ilk günündə universitetin rektoru dosent İradə Xəlilova nümayəndə heyəti ilə görüşüb. Görüşdə növbəti əməkdaşlıq imkanları müzakirə olunub.
Sonra qonaqların fərdi şəkildə fakültələr ilə görüşləri keçirilib.
Proqram çərçivəsində Braqança Texniki Universitetinin nümayəndə heyəti Kür çayının çöküntülərindən və sahildəki torpaqdan nümunələr götürmək üçün Zərdab rayonuna səfər edib. Portuqaliyalı professorlar, həmçinin “Azərsu”nun mərkəzi laboratoriyasına baş çəkib və Abşeron Milli Qoruğuna aid olan Zirədəki “Şah dili”nə səfər ediblər.

Elm və təhsil 2023-07-26 13:56:00