×
A
A
A
Sazlamalar

Axtarışda olan şəxs saxlanılıb

Bakı, 26 iyul, AZƏRTAC
Oğurluq etdiyinə görə axtarışda olan şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də Kürdəxanı qəsəbəsindəki evlərin birindən 1100 manat məbləğində pul, 3000 manat dəyərində mobil telefon, noutbuk, qızıl üzük və qol saatı oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rüstəm Əzizov saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci və 326-cı maddələri ilə axtarışda olması müəyyən olunub.
Faktla bağlı təhqiqat davam edir.

Hadisə 2023-07-26 12:49:00