×
A
A
A
Sazlamalar

Narkotikin təsiri altında avtomobil sürən şəxs və sərnişini saxlanılıb

Bakı, 26 iyul, AZƏRTAC
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü və sərnişini saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iyulun 24-də saat 21 radələrində Hacıqabul rayonunun Nəvahı kəndində işıq cihazlarından düzgün istifadə olunmayan “Mercedes” markalı avtomobili saxlayıblar. Sürücü - Yevlax rayon sakini Pərviz Rüstəmovun və avtomobildə olan həmyerlisi, əvvəllər məhkum olunmuş Şaiq Şirinovun narkotik vasitənin təsiri altında olmaları müəyyən olunub. Onlar Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Polis əməkdaşları avtomobilə baxış zamanı oradan heroin, metamfetamin və elektron tərəzi aşkarlayaraq götürüblər.

 

 

Hadisə 2023-07-26 12:38:00