×
A
A
A
Sazlamalar

Respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb

Bakı, 25 iyul, AZƏRTAC

Respublikanın bəzi bölgələrində iyulun 25-nə olan yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası üzrə yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Göygöl, Daşkəsəndə orta, Gəncə, Naftalan, Tərtər, Ağdamda yüksək, Şəmkir, Ağstafada isə çox yüksəkdir.
Balakən-Şəki ( Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Oğuz, Qəbələdə orta yanğın təhlükəsi növünə çatıb.
Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Qrız, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Qrızda kiçik, Xızı, Şahdağ, Qusarda orta, Qubada yüksək, Şabranda isə çox yüksəkdir.
Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi İsmayıllı, Şamaxıda orta, Qobustanda isə yüksək yanğın təhlükəsi növünə çatıb.
Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerik, Astara, Yardımlıda orta, Lənkəranda isə yüksəkdir.
Qeyd edək ki, iyulun 26-sı gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir saniyədə 18-23 metrədək güclənəcək.
Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə edilir.

Ekologiya 2023-07-25 17:58:00