×
A
A
A
Sazlamalar

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərini rəhbər tutaraq qərara alır:

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 9, № 8, maddə 598, № 9, maddə 668; 2007, № 4, maddə 320, № 5, maddə 446, № 7, maddə 712, № 11, maddə 1078; 2008, № 6, maddə 470, № 7, maddə 608; 2010, № 7, maddə 590; 2011, № 4, maddə 266, № 11, maddə 982; 2012, № 6, maddə 521; 2014, № 2, maddə 84; 2015, № 5, maddə 491; 2018, № 3, maddələr 375, 394, № 5, maddə 887; 2019, № 4, maddə 592; 2022, № 7, maddə 712) aşağıdakı dəyişikliklər edilsin:
1. 11.1-ci maddədən “yaşı 30-dan aşağı olmayan” sözləri çıxarılsın.
2. 32.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“32.2. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusuna Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində sorğu verilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir.”.
3. 34-cü maddə üzrə:
3.1. 34.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“34.2. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində şikayət edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir.”;
3.2. 34.4-cü maddəyə “hallarda” sözündən sonra “və müddətlərdə” sözləri əlavə edilsin.
4. 35.1.3-cü maddədə “habelə” sözü “yaxud sorğu və ya müraciətlə əlaqədar” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2023-cü il

Qanunlar 2023-07-25 16:42:00