×
A
A
A
Sazlamalar

Göyçayda taxta emalı sexində qanunsuz yolla əldə edilmiş meşə materialı müəyyən edilib

Bakı, 25 iyul, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun Şəhadət kəndində vətəndaş Bəhruz Məmmədova məxsus taxta emalı sexində qanunsuz yolla əldə edilmiş 3,5 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Faktla bağlı akt, protokol tərtib olunub və B.Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb. İşlik meşə materialının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda araşdırma aparılır.

Ekologiya 2023-07-25 12:32:00