×
A
A
A
Sazlamalar

Tullantıları ətrafa atan şəxslər cərimələniblər

Bakı, 25 iyul, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Abşeron rayonunun Atyalı qəsəbəsində, Ağsu rayonunun “Kamran” kafesinin ərazisində, İsmayıllı rayonunun Bizlan kəndində fəaliyyət göstərən qəssab dükanının yaxınlığında və İmişli rayonunun Bəhramtəpə qəsəbəsindəki “Dostlar” marketində formalaşan tullantıların ətrafa atılaraq qalaqlandığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, faktlarla bağlı akt, protokol tərtib edilib. “Kamran” kafesinin sahibi İmran Eyyubov, qəssab dükanının sahibi Ravil Hümbətov və “Dostlar” mağazasının sahibi Vidadi Hüseynov barəsində qanunamüvafiq tədbirlər görülüb. Ərazilər tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə obyektlərin sahiblərinə və Abşeron rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsinə məcburi göstəriş verilib.

Ekologiya 2023-07-25 11:20:00