×
A
A
A
Sazlamalar

Qubada həyat yoldaşını öldürən şəxs polis tərəfindən saxlanıldı

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-də saat 3 radələrində Quba rayonunun Mahmudqışlaq kəndində evlərin birində 1999-cu il təvəllüdlü Güliyeva Rəvanə Vasif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1997-ci təvəllüdlü Güliyev Elşad Akif oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.

Hadisə 2023-07-25 07:13:00