×
A
A
A
Sazlamalar

Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var

Bakı, 25 iyul, AZƏRTAC

Bu gün axşam saat 21 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində katerdə olan 4 sərnişin - Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və bir yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2023-07-25 01:39:00