×
A
A
A
Sazlamalar

Zaqatalada dağlıq-meşəlik ərazidə itkin düşən Bakı sakinləri təxliyə olunublar VİDEO

 Bakı, 24 iyul, AZƏRTAC

Dünən səyahət məqsədilə gəldikləri Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini Zaqatala Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşlarının birgə iştirakı ilə çətin relyefli dağlıq ərazidən təxliyə olunublar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Onlar polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.

Hadisə 2023-07-24 23:29:00

Video