×
A
A
A
Sazlamalar

Xətai rayonunda məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-2

Bakı, 25 iyul, AZƏRTAC

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edək ki, havanın güclü küləkli olmasına baxmayaraq hadisəyə çevik və peşəkar reaksiya sayəsində yanğının yaxınlıqda yerləşən neft çənləri və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan verilməyib.

23:10

Paytaxtın Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə baş verən yanğın həyata keçirilmiş operativ tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq, qısa müddətdə tam nəzarətə götürülüb, ətraf ərazilər üçün hər hansı təhlükə yoxdur.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.

22:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

 

Hadisə 2023-07-25 00:21:00