Tullantıların yandırılmasına görə obyektlərin səlahiyyətli nümayəndələri cərimələniblər
Bakı, 24 iyul, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Binəqədi rayonu, Binəqədi şosesi, 1 ünvanında fəaliyyət göstərən mebel istehsalı müəssisəsinin ətrafında, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərən “CMT Grup” MMC-yə məxsus suvaq və yapışdırıcı istehsalı müəssisəsinin ətrafında, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində fəaliyyət göstərən maşın təmiri sexinin qarşısında, İmişli rayonunun Heydər Əliyev prospektində, Saatlı rayonunun Genişkənd kəndində və Beyləqan rayonunun Milabad qəsəbəsindəki ərzaq mağazalarının ətrafında tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, faktlarla bağlı akt, protokol tərtib edilib, “CMT Grup” MMC-nin nümayəndəsi Şamil Bağırov, İmişli rayonunda mağazanın sahibi Elxan Məmmədov, Saatlı rayonunda ərzaq mağazalarının sahibləri Kamil Rzayev və Lalə Məmişova vəzifəli şəxs qismində, Binəqədi rayonunda mebel istehsalı müəssisəsinin nümayəndəsi Malik Abbasov, Beyləqan rayonundakı marketin nümayəndəsi Uğurlu Uğurzadə və Kürdəmir rayonunda tullantıları yandıran kənd sakini Emil Əhmədov isə fiziki şəxs qismində cərimələnib.
Ərazilər tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi üçün obyektlərin sahiblərinə məcburi göstəriş verilib.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb