Tullantıların düzgün idarə edilməməsinə görə cavabdehlər barəsində akt və protokol tərtib olunub
Bakı, 24 iyul, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən "Soyuq bulaq" iaşə obyektinin fəaliyyəti zamanı formalaşan tullantı sularının ətrafa axıdıldığı müəyyən edilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev AZƏRTAC-a bildirib ki, faktla bağlı obyektin sahibi Rəşad Qasımov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimələnib. Gələcəkdə belə hallara yol verilməməsi üçün ona məcburi göstəriş verilib.
Eyni zamanda, keçirilən nəzarət tədbirləri ilə Salyan rayonunun Qarabağlı kəndində "Qardaşlar" mağazasının fəaliyyəti zamanı formalaşan tullantıların mağazanın nümayəndəsi Zahir Rzayev, Sabirabad rayonunun Cavad kəndində isə tullantıların kənd sakini Zahid Fərəcov tərəfindən qalaqlanaraq yandırıldığı müəyyən edilib. Faktlarla bağlı akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək yağış yağacaq
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna dəyişiklik edilir
Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb
Son günlər fasilələrlə müşahidə olunan yağıntılar lokal xarakterlidir - AÇIQLAMA
Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib