×
A
A
A
Sazlamalar

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685; 2020, № 5, maddələr 508, 514, № 7, maddələr 831, 851, № 11, maddələr 1323, 1335, № 12 (I kitab), maddə 1421; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 548, № 8, maddə 895, № 11, maddə 1210; 2022, № 5, maddə 439, № 8, maddə 829) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 4.0.19-1-ci və 4.0.19-2-ci maddələr əlavə edilsin:
“4.0.19-1. dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq etmək;
4.0.19-2. peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada hazırlanmasını təmin etmək;”.
2. 18.2.2-ci maddədən “təhsilalma formasını,” sözləri çıxarılsın.

 


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 9 iyun 2023-cü il

Qanunlar 2023-07-24 14:55:00