×
A
A
A
Sazlamalar

® “Hesab.az” və “AccessBank” “Hesab” debet kartını təqdim edirlər

“Golden Pay/Hesab.az” və “AccessBank” ödənişləri daha qazanclı və sərfəli etmək üçün “Hesab” kobrend debet kartını təqdim edir. Bu kart “AccessBank”ın tərəfdaşı olduğu məkanlarda edilən ödənişlər zamanı 30 faizədək keşbek, “Hesab.az” platforması üzərindən edilən onlayn ödəmələr zamanı isə ikiqat koinlər qazandırır. Kartda, həmçinin SMS bildiriş funksiyası da ödənişsizdir. Tezliklə

kartda kredit imkanları da istifadəyə veriləcək.
“Hesab” debet kartı ödənişsizdir və ünvana çatdırılması da ödənişsiz həyata keçirilir. Kartı “Hesab.az” mobil tətbiqindən və ya veb-saytın “Hesab kart” bölməsindən sifariş etmək olar: https://hesab.az/#/hesab-card-order. “Hesab” debet kartını həmçinin “AccessBank” filiallarına yaxınlaşaraq da sifariş etmək mümkündür. Kartı sifariş etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 16-sı bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (feysbuk, instaqram, linkedIn) hesablarına daxil olmaq olar.
“AccessBank” QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 2002-ci il 25 oktyabr tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Maliyyə 2023-07-24 14:42:00