×
A
A
A
Sazlamalar

V.Ə.Quliyevin “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilsin (ölümündən sonra).

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2023-cü il

Sərəncamlar 2023-07-24 14:16:00