Havanı çirkləndirən zavodun səlahiyyətli nümayəndəsi cərimələnib
Bakı, 24 iyul, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Siyəzən rayonunda fəaliyyət göstərən “2 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodundan atmosfer havasına tüstünün yayıldığı müəyyən edilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı məlum olub.
Faktla bağlı zavodun səlahiyyətli nümayəndəsi Xoşbəxt Adıgözəlov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda, təmizləyici qurğunun quraşdırılması məqsədilə məcburi göstəriş verilib.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb