DVX rəisi “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi ilə görüşüb
Bakı, 24 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Gülnar Ağazadə ilə mentorluq proqramına başlayıb.
AZƏRTAC DVX-yə istinadla xəbər verir ki, mentorluq proqramı layihə çərçivəsində qaliblərin şəxsi inkişafı üçün tətbiq edilir və rəhbər şəxslərlə birgə işləməyi nəzərdə tutur.
Görüş zamanı DVX rəisi İqtisadiyyat Nazirliyinin idarəçi potensiala malik kadr ehtiyatı bankının yaradılmasında, intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan gələcək rəhbər şəxslərin müəyyənləşdirilməsi və dəstəklənməsində “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətini vurğulayıb, qaliblə şəxsi inkişaf təcrübəsini bölüşüb, qarşıdakı dövr üçün onun mövcud potensialının inkişafı, liderlik keyfiyyətləri, peşəkarlıq vərdişləri, bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün atılacaq zəruri addımları diqqətə çatdırıb.
Gülnar Ağazadə mentorluq proqramının və nazirliyin yuxarı menecerlərindən zəruri bilik və bacarıqlar əldə etməyin şəxsi idarəetmə bacarıqlarının inkişafına töhfə verəcəyini vurğulayıb.
Görüşdə proqram qalibinin şəxsi inkişaf təcrübəsi ilə bağlı sualları cavablandırılıb, uğurlu idarəçi kadrlar üçün zəruri olan bacarıqlar, peşəkar vərdişlər, idarəetmədə tətbiq edilən müasir alətlər, nəticəyönümlülük, qərarların qəbulu zamanı vacib yanaşmalar müzakirə olunub.
DVX rəisi proqram çərçivəsində gediləcək birgə yolun, nəticələrin qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.
Mentorluq proqramı çərçivəsində qalib şəxslə bir il müddətində mütəmadi görüş və müzakirələrin keçirilməsi planlaşdırılır.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb