×
A
A
A
Sazlamalar

FHN: Batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

Bakı, 21 iyul, AZƏRTAC

Batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində və "Nardaran-2" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub.

Hadisə 2023-07-21 22:28:00