×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri ilk dəfə 1,5 milyard manatı ötüb

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 20-də Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri ilk dəfə 1,5 milyard manatı ötüb.
AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 6,88 faiz, 8,88 faiz, 9,17 faiz və 10,82 faizdir.

Maliyyə 2023-07-21 07:16:00