×
A
A
A
Sazlamalar

Şəmkirdə 5 ton ot bağlaması yanıb

Bakı, 20 iyul, AZƏRTAC

Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 70 kvadratmetr olan talvarın yanar konstruksiyaları və altına yığılan 22 ton ot bağlamasının 5 tonu yanıb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2023-07-20 22:35:00