×
A
A
A
Sazlamalar

Sürücü diqqətsizliyi dəmir yolu xəttində qəzaya səbəb olub

Bakı, 20 iyul, AZƏRTAC

İyulun 20-də saat 11:10 radələrində Dübəndi-Zirə dəmir yolu xəttinin 23-cü kilometrində “Azərbaycan Dəmir Yolları”na (ADY) məxsus yol maşını təmir işləri aparan zaman dövlət qeydiyyat nişanı 77-KD-762 olan “Toyota Prius” markalı avtomobil qorunmayan dəmiryol keçidini keçməyə cəhd edib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, maşinist tərəfindən təcili tormozlanma aparılsa da, toqquşma qaçılmaz olub. Nəticədə minik avtomobilinin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2023-07-20 15:10:00