×
A
A
A
Sazlamalar

Bakıda qamışlıq ərazidəki yanğın söndürülüb

Bakı, 18 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində mazutluq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Binəqədi qəsəbəsində qamışlıq ərazidə baş vermiş yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AZƏRTAC -0-

Hadisə 2023-07-18 22:28:00