×
A
A
A
Sazlamalar

“Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1066) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. “Azərbaycan Respublikası Baş nazirinin müavini” sözlərindən əvvəl “Şahin Mustafayev –” sözləri əlavə edilsin.
2. “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri”.
3. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri” abzasının sonundan nöqtə işarəsi çıxarılsın və həmin abzasdan sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2023-cü il

Sərəncamlar 2023-07-18 17:50:00