×
A
A
A
Sazlamalar

Tərtərdə 186,5 hektar sahədə təkrar əkin aparılıb

Tərtər, 18 iyul, AZƏRTAC

Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tərtərli fermerlər biçilmiş taxıl sahələrinin 717 hektarında yay şumu qaldırıb, 186,5 hektar sahədə təkrar əkin aparıblar. Təkrar əkinlərin 61 hektarı dən üçün qarğıdalı, 1 hektarı lobya, 35 hektarı yem üçün qarğıdalı, 67 hektarı dən üçün günəbaxan, 4 hektarı şəkər çuğunduru, 6 hektarı yem üçün sorqo, 2,5 hektarı darı, 10 hektarı müxtəlif növ tərəvəz bitkiləridir.
Hazırda rayonda təkrar əkinlər davam edir.

Kənd təsərrüfatı 2023-07-18 17:53:00