Salyanda sahələrdən 1900 tondan çox qarpız-yemiş yığılıb
Salyan, 18 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Salyanda bostan məhsullarının yığımı davam edir. Bu günədək 954 hektar sahədən 1932,3 ton məhsul toplanılıb. Ümumiyyətlə, rayonda 2023-cü ilin məhsulu üçün 967 hektar sahədə bostan bitkiləri becərilib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçən ilin eyni dövrü ilə müqayisədə sahələrdən yığılan məhsul 34,1 ton və ya 1,8 faiz çox olub. Belə ki, 621,0 hektar sahədən 1366,2 ton qarpız, 333,0 hektar sahədən 566,1 ton yemiş tədarük olunub.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb