×
A
A
A
Sazlamalar

Mərkəzi Bank 4 fiziki şəxsə sığorta agenti fəaliyyətinə görə verdiyi lisenziyaları ləğv edib

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) 4 fiziki şəxsə sığorta agenti fəaliyyətinə görə verdiyi lisenziyaları ləğv edib.
AMB-dan AZƏRTAC-a bildirilib ki, bununla bağlı qərar “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, 1 il ərzində lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb olmuş halın 3-cü dəfə təkrarlanması nəzərə alınaraq qəbul olunub.

Maliyyə 2023-07-18 15:08:00