×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun 18-də ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev ilə mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Fərid İsayevin birillik fərdi inkişaf planına nəzər salınıb, görülmüş işlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin fərdi inkişaf proqramı əsasında Mərkəzi Bankın həyata keçirəcəyi fəaliyyətlərdə və layihələrdə iştirak perspektivləri müzakirə edilib.

Maliyyə 2023-07-18 14:41:00