×
A
A
A
Sazlamalar

Şəmkirdə həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 18 iyul, AZƏRTAC

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisi Fikrət Bağırovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən, Şəmkir rayon İrmaşlı kənd sakini İdris Alıyev saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Hadisə 2023-07-18 00:05:00