×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 2018-ci il 16 iyul tarixli 205 nömrəli, “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 613 nömrəli, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 27 mart tarixli 975 nömrəli fərmanlarında və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 351 nömrəli, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 16 mart tarixli 1941 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 899-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1491; 2021, № 5, maddə 456; 2022, № 8, maddə 856) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənddə “müsabiqə və hərracların” sözləri “hərracların (auksion və ya müsabiqənin)” sözləri ilə əvəz edilsin;
1.2. 5.6-cı bənddə “müsabiqə və hərraca” sözləri “hərraca (auksiona və ya müsabiqəyə)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 613; 2020, № 7, maddə 898; 2021, № 7, maddə 729) ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bəndin birinci cümləsində “müsabiqə və hərracların” sözləri “hərracların (auksion və ya müsabiqənin)” sözləri ilə əvəz edilsin;
2.2. 3.1.9-cu yarımbənddə “müsabiqə və hərraca” sözləri “hərraca (auksiona və ya müsabiqəyə)” sözləri ilə, “müsabiqə və hərracları” sözləri “hərracları (auksion və ya müsabiqəni)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251; 2022, № 8, maddələr 874, 885) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 3.0.55-ci yarımbəndində “müsabiqə və hərracların” sözləri “hərracların (auksion və ya müsabiqənin)” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 190; 2001, № 10, maddə 640; 2003, № 9, maddə 512; 2008, № 9, maddə 798; 2009, № 5, maddə 319, № 7, maddə 579; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2021, № 7, maddə 766; 2022, № 12, maddə 1512) ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 2.1-ci bəndinin üçüncü abzasında “müsabiqə və hərracların” sözləri “hərracların (auksion və ya müsabiqənin)” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 323; 2021, № 11, maddə 1235; 2022, № 5, maddə 485) ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın 8.6.4-cü yarımbəndinin “Tədbirin adı” sütununda “müsabiqə və hərraca” sözləri “hərraca (auksiona və ya müsabiqəyə)” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 iyul 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2023-07-17 15:40:00