İcmal büdcədə 11075,4 milyon manat profisit yaranıb
Bakı, 17 iyul, AZƏRTAC
İlin birinci yarısında icmal büdcənin gəlirləri 26786,8 milyon manat olub.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8637,1 milyon manat və ya 47,6 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 15711,4 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1368,4 milyon manat və ya 9,5 faiz çoxdur. İcmal büdcədə 11075,4 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb