×
A
A
A
Sazlamalar

Paytaxtda avtomobillə qadını vuraraq qaçan sürücü tutulub

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 15-də saat 22 radələrində Nərimanov rayonu ərazisində paytaxt sakini G.Həsənovanın avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi məlum olub. Həmin avtomobilin sürücüsü, paytaxt sakini İsmayıl Mirzəyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Hadisə 2023-07-17 12:41:00