×
A
A
A
Sazlamalar

Əşyaların interneti sistemləri ilə bağlı tədqiqatlar aparılır

Bakı, 17 iyul, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda əşyaların interneti sistemləri ilə bağlı tədqiqatlar aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əşyaların interneti insanların müdaxiləsinə və hər hansı məlumatın əl ilə daxil edilməsinə ehtiyac olmadan qurğuların və ya avadanlığın öz aralarında məlumat topladığı, ötürdüyü və toplanmış informasiyaya əsasən qərarlar qəbul etdiyi bir sistem kimi izah edilir. Bu, unikal ünvanlı obyektlərin bir-biri ilə xüsusi protokolla əlaqə saxladığı dünyamiqyaslı şəbəkədir. Əşyaların interneti insanların həyatını asanlaşdıran və yaşam standartlarını yüksəldən “ağıllı” tətbiqlərin və xidmətlərin ekosistemidir. “Ağıllı” ev sistemləri, “ağıllı” qurğular, eləcə də kənd təsərrüfatı, sənaye, səhiyyə, nəqliyyat və s. kimi sahələrdə əşyaların interneti texnologiyaları tətbiq edilir.
Əşyaların interneti sistemlərinin təsnifatı “Edge AI”, 5G, blokçeyn və s. texnologiyalarının mürəkkəb təbiətini və onların tətbiqlərini anlamağa, müxtəlif IoT sistemlərinin mənfi və müsbət tərəflərini müəyyənləşdirməyə kömək edir.

Texnologiya 2023-07-17 12:11:00